Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq. Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.
  • Fanat
  • 9 Noyabr 2018 00:08
  •  3 578

Karateçimiz dünya çempionatının finalına çıxdı - FOTOLAR

Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.

İspaniyanın paytaxtı Madriddə keçirilən para-karate üzrə dünya çempionatında təmsilçimizin çıxışı uğurlu alınıb.

Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olub və finala yüksəlib.

Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.

Qeyd edək ki, para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.

Bu gün həm də karate üzrə dünya çempionatında kata və qızlardan ibarət kumite millilərimiz komanda yarışlarında qüvvələrini sınayıb. Lakin onlar müvafiq olaraq Türkiyə və İngiltərə millilərinə uduzublar.

AzNews.az

image description image description