“Beşiktaş” futbol klubunun təcrübəli məşqçisi Şenol Güneş haqqında şok iddia səsləndirilib. “Beşiktaş” futbol klubunun təcrübəli məşqçisi Şenol Güneş haqqında şok iddia səsləndirilib.
  • Fanat
  • 15 Noyabr 2018 17:26
  •  2 367

Şenol Güneş “Trabzonspor”a gətirilir

“Beşiktaş” futbol klubunun təcrübəli məşqçisi Şenol Güneş haqqında şok iddia səsləndirilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Trabzonspor"da həm meydanda, həm də iqtisadi baxımdan çətinlik çəkən rəhbər Ahmet Ağaoğlu, dekabrdakı konqresdən sonra ağlındakı planı həyata keçirmək istəyir.

Malatyaspor matçıdan sonra vəzifəsindən istefa vermək istəyən Ünal Karamana “Davam et” deyən Ahmet Ağaoğlunun gözünün Şenol Güneşdə olduğu deyilir.

Ağaoğlu, Güneşi yenidən "Trabzonspor"un rəhbərliyində görmək istəyir.

Ağaoğlu, əgər Günəş Beşiktaşdan ayrılsa və özü də dekabrdakı konqresdən sonra yenidən vəzifəsində qalsa, böyük planını həyata keçirəcək.

Pərvanə AĞAZADƏ
AzNews.az