UEFA klublarımıza yarım milyon avro ayırıb. UEFA klublarımıza yarım milyon avro ayırıb.
  • Fanat
  • 16 Noyabr 2018 15:07
  •  1 752

UEFA-dan klublarımıza yarım milyon avro

UEFA klublarımıza yarım milyon avro ayırıb.

UEFA 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubdan 7-nə vəsait ayırıb.

Ödəniş Avropa futbol qurumunun "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində həyata keçirilib. Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinə 507 579,57 avro ödənilib.

Bunlar "Zirə", "Keşlə", "Sumqayıt", "Səbail", "Neftçi", "Kəpəz" və "Qəbələ"dir. "Qarabağ" 2016-2017 mövsümünün yekununda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün bu vəsaiti əldə etməyib.

Qeyd edək ki, UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.(qafqazinfo.az)

UŞAQ FUTBOLU İLƏ BAĞLI AYRILMIŞ VƏSAİT

Zirə

507 579.57 avro

Keşlə

507 579.57 avro

Sumqayıt

507 579.57 avro

Səbail

507 579.57 avro

Neftçi

507 579.57 avro

Kəpəz

507 579.57 avro

Qəbələ

507 579.57 avro

© AzNews.az