Final görüşü sabah keçiriləcək. Final görüşü sabah keçiriləcək.
  • Fanat
  • 16 Noyabr 2018 21:19
  •  917

Güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı

Final görüşü sabah keçiriləcək.

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində yarışan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib.

O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.

Qeyd edək ki, daha öncə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

AzNews.az