Azərbaycan nümayəndə heyəti Hava limanından otelə yollanıb. Azərbaycan nümayəndə heyəti Hava limanından otelə yollanıb.
  • Fanat
  • 18 Noyabr 2018 23:54
  •  1 803

Futbol üzrə Azərbaycan millisinin üzvləri Kosovoya çatdı - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Hava limanından otelə yollanıb.

UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.

Bolqarıstanın VİA aviaşirkətinə məxsus çarter reysli təyyarə 3 saatlıq uçuşdan sonra ünvana çatıb.

Azərbaycan nümayəndə heyəti Hava limanından otelə yollanıb. Bu gün istirahət edəcək yığma üzvləri noyabrın 19-da Fadil Vokkri adına stadionda məşqə çıxacaq. Baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da futbolçulardan biri ilə mətbuat konfransı keçirəcək. Elə həmin arenada noyabrın 20-də təşkil olunacaq qarşılaşma saat 23:45-də başlanacaq.

Qeyd edək ki, hazırda Kosovo paytaxtında qarlı hava şəraiti müşahidə olunur.

Bundan əvvəl Azərbaycan yığması Farer adaları millisini məğlub edib. (report)

AzNews.az

image description image description image description image description image description