Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
  • Fanat
  • 20 Noyabr 2018 12:43
  •  1 122

Millimiz 26 illik tarixinin ən vacib oyununa çıxır

Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bu gün saat 23:45-də Kosovoda futbol üzrə yerli milli komanda Azərbaycan yığma komandası ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Turnir vəziyyətini nəzərə alsaq, UEFA Millətlər Liqasının “D” divizionunda yarışan millimizə bu gün yalnız qələbə lazımdır. Bu halda Azərbaycan komandası qrupunda birinci yeri tutacaq və 2020-ci ilin Avropa çempionatında iştirak etmək üçün unikal şans qazanacaq. Xatırladaq ki, həmin çempionatın bir neçə oyunu Bakıda keçiriləcək.

Qeyd etmək lazımdır ki, 1992-ci ildə yaradılmış Azərbaycan milli komandası bütün bu 26 il ərzində heç zaman bu cür prinsipial – turnir vəziyyəti baxımından həlledici oyun keçirməyib.(virtualaz.org)

© AzNews.az