Şumaxerin oğlu Çempionlar yarışında iştirak edəcək Şumaxerin oğlu Çempionlar yarışında iştirak edəcək
  • Fanat
  • 21 Noyabr 2018 10:22
  •  1 757

Şumaxerin oğlu vacib yarışa çıxır

Şumaxerin oğlu Çempionlar yarışında iştirak edəcək

Yeddiqat “Formula-1” çempionu olan Mixael Şumaxerin oğlu Meksikada keçiriləcək Çempionlar yarışında iştirak edəcək.

“Formula-3” pilotu, 19 yaşlı Mik Şumaxer yarışa Almaniya yığmasının heyətində dördqat “Formula 1” qalibi Sebastyan Fettel ilə birgə qatılacaq.

Mik Şumaxer bildirib ki, Çempionlar yarışına dəvət onun üçün gözlənilməz olub.

“Almaniya millisini Sebastyan Fettellə formalaşdıracağım isə daha gözlənilməz olub. Bu, mənim üçün çətin sınaq olacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Mik Şumaxer 2018-ci ildə “Formala-3” yarış seriyasının qalibi olub.(oxu.az)

© AzNews.az