İclas saat 11:00-da başlayacaq. İclas saat 11:00-da başlayacaq.
  • Fanat
  • 6 Dekabr 2018 19:09
  •  2 439

AFFA-da millimizin son bir ildə göstərdiyi nəticələr müzakirə ediləcək

İclas saat 11:00-da başlayacaq.

Dekabrın 8-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Saat 11:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının son bir il ərzində göstərdiyi nəticələrin müzakirəsi;

2. Aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsi;

3. Klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi;

4. Hakimlər Komitəsinin tərkibinin təsdiqi;

5. Digər məsələlər. (oxu.az)

AzNews.az