"Paparatsilər məni şəkil çəkdirdiyim yerdə yaxalayıblar". "Paparatsilər məni şəkil çəkdirdiyim yerdə yaxalayıblar".
  • Fanat
  • 10 Dekabr 2018 17:42
  •  1 223

Ronaldo şayiələrə son qoydu - Toy olmayacaq

"Paparatsilər məni şəkil çəkdirdiyim yerdə yaxalayıblar".

İtaliyanın "Yuventus" komandasının portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Corcina Rodriqeslə evlənəcəyi haqda yayılan xəbərin doğru olmadığını deyib. Xəbər isə cütlüyün Turin kilsələrinin birinin önündə çəkdirdikləri şəkillərdən sonra yayılmışdı. Hətta, toyun İtaliya çempionatının fasiləsində, daha doğrusu dekabrın sonlarında baş tutacağı deyilmişdi.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ronaldo nikah mərasiminin keçirilməyəcəyini vurğulayıb və bunun səbəbini belə izah edib:

"İndi bunun səbəbini izah edirəm. Mən katolikəm, hər həftə kilsəyə gedirəm. Tanrıdan heç nə istəmirəm, sadəcə mənə hər şey verdiyinə, ailəmi, dostlarmı qoruduğuna görə minnətdarlıq edirəm.

Turində kilsələrin sayı çoxdur. Tez-tez onları dəyişirəm. Paparatsilər də məni şəkil çəkdirdiyim yerdə yaxalayıblar və belə hesab ediblər ki, guya mən evlənirəm.

Əslində isə gələcəyimin necə olacağını bilmirəm. Bu baxımdan hazırda evlənməklə bağlı heç bir planım yoxdur".

Babək Göyüş

© AzNews.az