Neymar sponsor anlaşmalarından 15,5 milyon avro qazanır. Neymar sponsor anlaşmalarından 15,5 milyon avro qazanır.
  • Fanat
  • 11 Dekabr 2018 12:46
  •  1 604

Neymarın 35 şirkətlə müqaviləsi var

Neymar sponsor anlaşmalarından 15,5 milyon avro qazanır.

Fransanın PSJ klubunun hücumçusu Neymar İspaniya "Real Madrid"inin oyunçusu Kriştianu Ronaldodan sonra dünyanın ən brend futbolçusudur.

Braziliyalı forvardın sponsorlarla qüvvədə olan 35 müqaviləsi var. PSJ-dəki illik 63 milyon avro əmək haqqıdan əlavə, o, sponsor anlaşmalarından 15,5 milyon avro qazanır.

Qeyd edək ki, Neymarı sosial şəbəkədə 106 milyon izləyir. Bu göstəricidə "sambaçı" Lionel Messi (102 milyon), Devid Bekhem (52 milyon), Lebron Ceymsdən (45 milyon) öndədir. Lider isə yenə Kriştianu Ronaldodur - 147 milyon.(report.az)

© AzNews.az