“Fənərbaxça”nın prezidenti Ali Koç komandanın uğursuz çıxışına görə futbolçuları cəzalandırıb. “Fənərbaxça”nın prezidenti Ali Koç komandanın uğursuz çıxışına görə futbolçuları cəzalandırıb.
  • Fanat
  • 11 Dekabr 2018 14:02
  •  1 242

“Fənərbaxça” futbolçuları belə cəzalandırıldı

“Fənərbaxça”nın prezidenti Ali Koç komandanın uğursuz çıxışına görə futbolçuları cəzalandırıb.

Son turda “Akhisar”a 0:3 hesablı məğlubiyyətdən sonra klub rəhbəri futbolçuların İstanbula təyyarə ilə yox, avtobusla yollanmasına qərar verib.

4 saatlıq uzun yolçuluqdan sonra bazaya çatan oyunçuların bəziləri qərar etiraz edib. Legioner oyunçular Martin Şkrtel, Yassin Benzia və Roman Noyştadter cəzanın ağırlığından şikayətləniblər:

“Bu uğursuzluğun tək günahkarı biz deyilik. Qarşıdakı oyunlarda uduzsaq, hansı cəzanı alacağıq, bu düşüncə ilə meydana çıxacağıq?”.

Bildirilir ki, onlar özlərinə artıq yeni klub axtarırlar.(qafqazinfo.az)

© AzNews.az