"Səndən ötrü çox darıxdım". "Səndən ötrü çox darıxdım".
  • Fanat
  • 11 Dekabr 2018 14:11
  •  1 302

Arda Turan ölən dostu haqda status yazdı - "Ciyərim yandı, ey qardaş"

"Səndən ötrü çox darıxdım".

İstanbulun “Medipol Başakşehir” komandasının forması geyinən Arda Turanın yaxın dostu Ozan Çelik yol qəzasında həyatını itirib.

F.Bahçe tribunalarının sevilən adlarından olduğu öyrənilən Ozan Çelik dünən torpağa verilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Turan İnstagram hesabından Ozan Çelikin ölümü ilə bağlı status yazıb:

"Səni tanıyanda yeniyetmə idim. Geriyə baxanda aradan 20 il keçib, bəlkə də daha çox. Həyatımda sənin kimisinə rast gəlmədim. Cəsarətli, dürüst və namuslu idin. Başqalarını özündən çox istəyərdin. Mənə bir şey olmasın deyə arxanda gizlədib dava etmişdin. Qırmızı şortla gəldiyini xatırlayıram. “Get, gör Mərvə bacın qalxmışmı?” dediyin günlər. Daha hansı birini desəm. Ciyərim yandı, ey qardaş. Dost, can və qardaş idin mənə. Bu İnstagrama bir şey yazmaq istəmirəm. Dəfndə Taha oğlunu gördüm, atası kimi dimdik dayanmışdı. Allah sənə rəhmət eləsin. Səndən ötrü çox darıxdım. Oh, qardaş. Taha nə vaxt istəsə, çox sevdiyin “Fənərbaxça”nın oyunlarına aparacağam". Arda belə deyib.

Babək Göyüş

© AzNews.az