Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin təqdimat yarışı keçirilib Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin təqdimat yarışı keçirilib
  • Fanat
  • 11 Dekabr 2018 17:22
  •  1 122

Azərbaycanda yeni futbol məktəbi təqdim olundu

Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin təqdimat yarışı keçirilib

11 dekabr 2018-ci il tarixdə Şəmkir Olimpiya İdman Kompleksində Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə AFFA-nın Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin təqdimat yarışı keçirilib.

AzNews.az xəbər verir ki, yarışda Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov, Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin koordinatoru Kərim Ağayev, Şəmkir Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov iştirak edib.

İlk olaraq dövlət himni səsələndirilib, daha sonra çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb, respublikamızda həyata keçirilən dövlət idman siyasətini uğurlara həyata keçirilməsindən bəhs edib. Davud Süleymanov bildirib ki, idmanının aparıcı növlərindən biri olan futbol inkişaf etməyə başlamış, regionlarda bu tip idman yarışlarının keçirilməsi yetiyetmələr arasında futbol idman növünə marağı daha da artırıb.
Çıxış edən Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin koordinatoru Kərim Ağayev bu təqdimat yarışın Şəmkir rayonunda yüksək səviyyədə keçirilməsinə görə rayon rəhbərliyinə minətdarlığını bildirib.

Daha sonra uşaq və yeniyetmələrə AFFA-nın Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbi tərəfindən futbol topu, formalar hədiyyə edilib.

Səidə Nurməmmədli
AzNews.az

image description image description