Bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edən yarımmüdafiəçi 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edən yarımmüdafiəçi 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
  • Fanat
  • 11 Dekabr 2018 19:08
  •  1 086

"Mançester Siti"nin aparıcı futbolçusu zədələndi

Bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edən yarımmüdafiəçi 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərənin "Mançester Siti" klubunun aparıcı futbolçularından hesab olunan David Silva zədələnib.

32 yaşlı yarımmüdafiəçi əzələsindən xəsarət alıb. Təcrübəli oyunçu üç həftə yaşıl meydanlardan kənarda qalacaq və növbəti ildə komandasına kömək edə biləcək.

D.Silva İngiltərə çempionatında "Everton", "Lester", "Sautgempton" komandalarına qarşı və Liqa Kubokunda "Lester"lə matçda iştirak etməyəcək. O həmçinin sabah keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçında Almaniya "Hoffenhaym"ı ilə oyunu da buraxacaq.

Qeyd edək ki, David Silva 2010-cu ildən "Mançester Siti"də çıxış edir. Bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edən yarımmüdafiəçi 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır. (report)

AzNews.az