Görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
  • Fanat
  • 15 Dekabr 2018 09:18
  •  1 281

UEFA "Arsenal" - "Qarabağ" matçında baş verənlərlə bağlı iş açdı

Görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 13-də İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur matçında baş verənlərlə bağlı iş açıb.

Qitə futbol qurumu iki olayla əlaqədar tədbirlər görəcək. Bunlardan biri meydana erməni azarkeşin qondarma DQR bayrağı ilə meydana girməsi, digəri isə görüşün nəzərdə tutulandan gec başlamasıdır. Məsələyə 2019-cu il fevralın 21-də baxılacaq.

Qeyd edək ki, görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl “Qarabağ”ın futbolçusu Maksim Medvedev matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin separatçı “Dağlıq Qarabağ" rejiminin bayrağı ilə meydana daxil olmasına münasibət bildirərkən qeyd edib ki, bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək. (Report)