Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək
  • Fanat
  • 15 Dekabr 2018 09:43
  •  1 161

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək - bu gün

Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Bu raund iki görüşdən ibarət olacaq. 1/4 finalın oyunları iki günü əhatə edəcək. İlk oyun günündə "Zirə" - Səbail""Neftçi" -"Sumqayıt" qarşılaşmaları baş tutacaq.

Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək. Qonaqlar 1/8 finalda I Dizion təmsilçisi "Kəpəz"i 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. "Zirə" isə mübarizəyə 1/4 finalda başlayacaq. İndiyədək ölkə kubokunda qarşılaşmayan komandalar cari mövsüm Premyer Liqada iki dəfə üz-üzə gəliblər. İlk dövrədəki oyun 1:1 hesabı ilə başa çatsa da, sonradan "Zirə"yə texniki məğlubiyyət verilib. İkinci dövrədəki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Günün ikinci görüşündə çempionatın lideri "Neftçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. Matç komandaların ölkə kuboku tarixində ilk dueli olacaq. "Gənclik şəhəri" təmsilçisi 1/8 finalda "Qaradağ Lökbatan"ı 4:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. "Neftçi" isə ölkə kubokuna hazırkı mərhələdən başlayacaq. Flaqman çempionatın birinci dövrəsində rəqibini 2:0 hesabı ilə üstələyib. İkinci dövrənin son turuna təsadüf edən son matç isə qolsuz bərabərliklə yekunlaşıb.

Bu gün keçiriləcək iki oyunun cavab qarşılaşmaları dekabrın 19-da təşkil olunacaq.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah keçiriləcək. "Qəbələ" "Sabah"ı "Qarabağ" isə "Keşlə"ni qəbul edəcək.

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Azərbaycan Kuboku, 1/4 final mərhələsi

İlk oyunlar

15 dekabr (şənbə)

17:00. “Zirə” – “Səbail”

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Fizuli Nəcəfov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Dalğa Arena”,

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Bakcell Arena” (Report)