Rüstəm Orucov həlledici görüşdə kanadalı Artur Marjelidonla qarşılaşacaq Rüstəm Orucov həlledici görüşdə kanadalı Artur Marjelidonla qarşılaşacaq
  • Fanat
  • 15 Dekabr 2018 10:21
  •  1 224

Azərbaycan cüdoçusu Çində finala çıxdı - Yenilənib

Rüstəm Orucov həlledici görüşdə kanadalı Artur Marjelidonla qarşılaşacaq

Azərbaycan cüdoçusu Rüstəm Orucov bu gün Çinin Quançjou şəhərində start götürən “World Master” turnirində finala çıxıb.

73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda Cənubi Koreyadan olan Çan-Qrim Anomu üstələyib.

O, həlledici görüşdə kanadalı Artur Marjelidonla qarşılaşacaq.

09.51

Azərbaycan cüdoçusu Rüstəm Orucov bu gün Çinin Quançjou şəhərində start götürən “World Master” turnirində yarımfinala vəsiqə qazanıb.

73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı mübarizəyə 1/8 finaldan başlayıb və ardıcıllıqla iranlı Məhəmməd Məhəmmədi ilə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.

O, yarımfinalda Cənubi Koreyadan olan Çan-Qrim Anomla üz-üzə gələcək.

Qeyd edək ki, iki gün davam edəcək turnirdə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya tatami üzərinə çıxacaq. (Report)