1-ci yer ABŞ Qran-Prisinə verilib. 1-ci yer ABŞ Qran-Prisinə verilib.
  • Fanat
  • 15 Dekabr 2018 12:39
  •  1 773

“Kral yürüşləri”nin fanatları: Azərbaycan Qran-Prisi ikinci yerdədir

1-ci yer ABŞ Qran-Prisinə verilib.

Ötən mövsümün ən yaxşı Formula 1 yürüşünün təyin edilməsi üçün səsvermədə 16 mindən çox adam iştirak edib.

Formula 1 yarışlarının rəsmi saytına istinadla xəbər verilir ki, “Kral yürüşləri”nin fanatları ABŞ Qran-Prisinin xeyrinə seçim ediblər. İkinci yeri Azərbaycan Qran-Prisi, üçüncü yeri Böyük Britaniya Qran-Prisi tutub.

Səsvermənin nəticələri belədir:

1) ABŞ Qran-Prisi – 30 faiz,

2) Azərbaycan Qran-Prisi – 13 faiz,

3) Böyük Britaniya Qran-Prisi – 9 faiz,

4) Almaniya Qran-Prisi – 8 faiz,

5) Avstriya Qran-Prisi – 6 faiz.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi aprelin 27-dən 29-dək Bakıda keçirilib. Bu mərhələdə “Mersedes” komandasının pilotu Lyuis Hemilton qalib gəlib. Finiş xəttinə ikinci çatan “Ferrari” komandasının yürüşçüsü Kimi Raykkonen olub, üçüncü yeri isə “Fors İndia” komandasının təmsilçisi Serxio Peres tutub. (AZƏRTAC)