Məhkəmə qərarından narazı qaldı, apellyasiya şikayəti verdi Məhkəmə qərarından narazı qaldı, apellyasiya şikayəti verdi
  • Fanat
  • 15 Dekabr 2018 13:32
  •  1 266

Beynəlxalq dərəcəli hakimin qardaşı övladından imtina edir - ŞOK

Məhkəmə qərarından narazı qaldı, apellyasiya şikayəti verdi

Bakı Apellyasiya Məhkəməsində “atalığın müəyyən edilməsi və aliment" tələbi ilə bağlı məhkəmə prosesi keçirilir.

AzNews.az-ın məlumatına görə, dekabr ayının 18-də hakim Xumar Mərdanovanın sədrliyi ilə cavabdeh qismində olan Mövsümzadə Əziz Gülağa oğlunun apellyasiya şikayətinə baxılacaq.

Belə ki, Yusupova Aysel Şamil qızı Pirallahı rayon Məhkəməsinə “atalığın müəyyən edilməsi və aliment” tələbi ilə bağlı müraciət edib və cavabdeh qismində Əziz Mövsümzadə tanınıb. Rayon məhkəməsi iddiaçının şikayətini təmin edib. Ancaq bundan narazı qalan Ə.Mövsümzadə apellyasiya şikayəti verib.

Qeyd edək ki, Əziz Mövsümzadə Beynəlxalq dərəcəli hakim, Daido-Dcuku-Kudo idman növü üzrə məşqçi Nazim Mövsümzadənin qardaşıdır.

AzNews.az