"Sevindirici hal odur ki, evdə qol buraxmadan qalib gəldik". "Sevindirici hal odur ki, evdə qol buraxmadan qalib gəldik".
  • Fanat
  • 16 Dekabr 2018 18:08
  •  1 226

Sənan Qurbanov: "Rauf Əliyev öz səhvini başa düşür"

"Sevindirici hal odur ki, evdə qol buraxmadan qalib gəldik".

"Kubok fərqli turnirdir, iki oyundan ibarətdir. Komanda şəklində həm müdafiə olunmalı, həm də hücum etməli idik. Səhv etmək olmazdı. Demək olmaz ki, futbolçularımıza matçdan əvvəl dediklərimizin tam hissəni gördük. Müdafiədə bir az axsamalarımız oldu. Bilirik ki, rəqib təhlükəli ola bilər. İmkanlarımızı daha çox qola çevirə bilsəydik, daha fərqli ola bilərdi. Qol vurmayanda komanda psixoloji təsir altına düşür. Sevindirici hal odur ki, evdə qol buraxmadan qalib gəldik. Gələn oyuna daha ciddi hazırlaşacağıq".

Bu fikirləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Sabah"a evdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Rauf Əliyevdən nə dərəcədə razı qaldınız? Qismət Əliyevin səhvləri olsa da, onu sonadək meydanda saxladınız...

- Rauf istəklidir, tapşırıqlara diqqətlə qulaq asır, yerinə yetirməyə çalışır. Ondan razı qaldım. Eləcə də də Qismətdən. Buna görə onu əvəzləmədim.

Bu 2 futbolçunu "Səbail"lə matçdan sonra cərimələsəniz də, əsas heyətdə meydana buraxdınız. Halbuki, ehtiyatda saxlayacağınız gözlənilirdi...

- Komanda daxilində vəziyyəti o qədər yaxşı bilirəm ki, problemin tez bir zamanda həllini tapırıq. Biz bir ailəyik. Onların etdikləri yaxşı çıxmadı, mətbuat da yazdı. Əsas odur ki, səhvlərini başa düşürlər.

Bu hesabdan sonra şanslarınızı necə dəyərləndirirsiniz?

- "Sabah" çox yaxşı komandadır. Şanslar yenə bərabərdir. Cavab matçına çox ciddi hazırlaşacağıq. (report)

AzNews.az