"Bizim çempionatda "Qarabağ"dan başqa hamı bir-birinə layiq komandadır". "Bizim çempionatda "Qarabağ"dan başqa hamı bir-birinə layiq komandadır".
  • Fanat
  • 16 Dekabr 2018 20:09
  •  944

Cavid Hüseynov: "Sabah"la cavab oyununa hazırlaşacağıq"

"Bizim çempionatda "Qarabağ"dan başqa hamı bir-birinə layiq komandadır".

"Kubok iki oyundan ibarətdir. Bu gün meydanda açıq futbol gedirdi. Rəqib bir az ehtiyatlı oynayırdı".

Bu fikirləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi rəqibin əks hücumlara tez çıxmaq üçün irəli atıldığını vurğulayıb: "Bunun qarşısını mümkün qədər aldıq. Qapımızı toxunulmaz saxladıq. 1:0 hesablı qələbə heç nədən xəbər vermir. Şanslar bərabərdir. Komandaların hər ikisi növbəti mərhələyə vəsiqə qazana bilər. Ona görə də cavab oyununa hazırlaşacağıq. Hər şeyə yenidən başlayacağıq. Bizim çempionatda "Qarabağ"dan başqa hamı bir-birinə layiq komandadır".

Təcrübəli oyunçu bildirib ki, hesab daha böyük ola bilərdi: "Rəqibin də şansları oldu. Epizodlardan istifadə edə bilərdik. Qol şanslarından yararlanmırıq. Sanki qapının ağzına çatanda nələrsə baş verir. Bu rəqibdən asılı deyil".

C.Hüseynov rəqibin qapıçısını da tərifləyib: "Saşa Stamenkoviçi tanıyırıq. "Neftçi"də onunla birlikdə oynamışıq. Təcrübəli qapıçıdır. Təcrübəsindən istifadə edirdi".

Qeyd edək ki, "Qəbələ” ölkə kubokunda "Sabah”ı məğlub edib. (report)

AzNews.az