"Bu gün belə oynayacaqlarını gözləyirdim". "Bu gün belə oynayacaqlarını gözləyirdim".
  • Fanat
  • 16 Dekabr 2018 22:02
  •  1 275

Qurban Qurbanov: "Çətin oyunun olacağını hiss edirdik"

"Bu gün belə oynayacaqlarını gözləyirdim".

"Çətin oyunun olacağını hiss edirdik. Yorğunluq hiss olunurdu. Nəticə və oyundan razı qaldıq. Bu komanda kubok oyunlarında çox fərqli oyun sərgiləyir. Çempionat və kubok oyunları fərqlidir. Cavab görüşlərində daha diqqətli olmalı, daha çox mübarizə aparmalıyıq. Matça tam hazır olmağa çalışacağıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- "Keşlə"nin 4 müdafiçi ilə oynaması nə dərəcədə gözlənilməz oldu?

- Bu gün belə oynayacaqlarını gözləyirdim. Əvvəlki qarşılaşmanı da belə taktika ilə keçirmişdi. Açığı, biz 5-li müdafiəyə hazırlaşmışdıq.

- Cavab görüşü süni örtüklü meydanda keçiriləcək. Bu, sizə problem yarada bilər?

- Orada oynamaq həqiqətən də ağır olub. Belə meydanlarda kiçik zədələrdən narahat olmuşam. Amma hazırda nəsə düşünməyə vaxtımız yoxdur. Futbolçular əksinə, bu çətinliyi göz önünə gətirib, maksimum hazırlıq keçməlidirlər.

- Sanki futbolçular çemodan əhval-ruhiyyəsindədirlər...

- Bəlkə də. Ola bilər. Amma mən düşünməzdim. İlk dövrədə bu komanda ilə bərabərə qalmışdıq. Digər oyunların çətin olacağını deməzdim. Hər bir komanda nəticə verməyə çalışır.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarından sonuncusunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda kubokun son sahibi "Keşlə"ni məğlub edib. (report)

AzNews.az