"Adi toxunuşa fit çalanda temp aşağı düşür. Narazılıq əbəs yerə olmaz". "Adi toxunuşa fit çalanda temp aşağı düşür. Narazılıq əbəs yerə olmaz".
  • Fanat
  • 16 Dekabr 2018 22:31
  •  1 147

"Keşlə"nin baş məşqçisi: "Gənc hakimlərin təyinatı oyuna təsir edir"

"Adi toxunuşa fit çalanda temp aşağı düşür. Narazılıq əbəs yerə olmaz".

"Ötən oyunda bəzi səhvlərə yol vermişdik. Ona görə bu gün yığcam oynayaraq, rəqibi əks-hücumda yaxalamağa çalışdıq. Belə oyunda futbolçular diqqətli olmalıdırlar. Bir səhv matçın nəticəsini həll etdi. Qarşıda cavab oyunu var. Cütün taleyi dekabrın 20-də həll olunacaq. Daha diqqətli oyun sərgiləməyə çalışacağıq".

Bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Rəqibin "Qarabağ" olduğunu nəzərə alsaq, bu məğlubiyyətin əvəzini cavab görüşündə çıxmaq mümkündür?

- Mümkünsüz heç nə yoxdur. 0:1 hesabı ilə uduzsaq da, daha yaxşı oynayıb qələbə qazanmağa çalışacağıq.

- Zaur Axundov sanki hakimlikdən razı qalmamışdı...

- Cərimə zərbəsi təyin edəndə məsafə 9,15 metr olmalıdır, 12 metr yox. Gənc hakimlər təyinat alırlar. Bu da oyuna təsir edir. Adi toxunuşa fit çalanda temp aşağı düşür. Narazılıq əbəs yerə olmaz.

- Con Ayite əvəzlənəndə narazı görünürdü...

- Mənə də qaranlıqdır. Bilmirəm. Araşdırarıq, özündən soruşarıq ki, nə məsələdir.

Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarından sonuncusunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda kubokun son sahibi "Keşlə"ni məğlub edib. (report)

AzNews.az