UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
  • Fanat
  • 17 Dekabr 2018 18:40
  •  1 379

“Real Madrid” Birləşmiş Ərəb Əmirliklərinə yollandı

UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Madrid təmsilçisi dekabrın 19-da Əbu-Dabidəki “Zayed Sport Siti” stadionunda klublararası dünya çempionatının yarımfinal mərhələsində Yaponiyanın “Kasima Antlers” klubu ilə qarşılaşacaq.

“Real Madrid” çempionatda mübarizəyə yarımfinaldan qoşulacaq. Asiya çempionu isə dörddəbir finalda Meksikanın “Qvadalaxara” klubunu məğlub edib - 3:2.

Digər yarımfinal oyunu dekabrın 18-də Argentinanın “River Pleyt” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əin” klubları arasında keçiriləcək.

Qeyd edək ki, turnirin final və üçüncü yeri uğrunda oyunları dekabrın 22-də təşkil olunacaq.(AZƏRTAC)

© AzNews.az