İl sona yaxınlaşsa da, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov növbəti turnirinə hazırlaşır. İl sona yaxınlaşsa da, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov növbəti turnirinə hazırlaşır.
  • Fanat
  • 19 Dekabr 2018 12:17
  •  989

Şəhriyar növbəti yarışa çıxır

İl sona yaxınlaşsa da, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov növbəti turnirinə hazırlaşır.

Sankt-Peterburqda rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

Milyon dollarlıq mükafat fondu olan turnir FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin təşkilatçılığı və Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdüləziz Əl Səudun maliyyə dəstəyi ilə təşkil olunur. Turnirdə Şəhriyar Məmmədyarovla yanaşı, yüzdən çox aparıcı şahmat ustaları iştirak edəcək.

Bunların arasında Aniş Qiri (Niderland), Vişvanatan Anand, Pentala Harikrişna (hər ikisi Hindistan), Levon Aronyan (Ermənistan), Dmitri Yakovenko, Nikita Vityuqov, Yevgeni Tomaşevski (hər üçü Rusiya), Van Xao (Çin) və Le Kuanq Lyema var.

Qeyd edək ki, dünya çempionatı dekabrın 25-də başlayacaq. İlk üç gün rapid (sürətli şahmat) yarışları keçiriləcək. 28-29 dekabrda isə blits yarışları baş tutacaq.(oxu.az)

© AzNews.az