Üzlərini gizlədən 300 nəfərdən ibarət "Latsio" azarkeşi polislərə şüşə, partlayıcı maddə, daş və digər əşyalar atıblar. Üzlərini gizlədən 300 nəfərdən ibarət "Latsio" azarkeşi polislərə şüşə, partlayıcı maddə, daş və digər əşyalar atıblar.
  • Fanat
  • 9 Yanvar 2019 20:48
  •  1 302

Azarkeşlərlə qarşıdurmada 8 polis yaralandı

Üzlərini gizlədən 300 nəfərdən ibarət "Latsio" azarkeşi polislərə şüşə, partlayıcı maddə, daş və digər əşyalar atıblar.

İtaliyanın "Latsio" klubunun azarkeşləri ilə qarşıdurmada 8 polis yaralanıb.

Məlumatı yerli polis idarəsi yayıb.

Paytaxt təmsilçisinin fanatları klubun 119-cu ildönümünü qeyd etmək üçün meydana toplaşıblar. Üzlərini gizlədən 300 nəfərdən ibarət "Latsio" azarkeşi polislərə şüşə, partlayıcı maddə, daş və digər əşyalar atıblar. Onlara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Bir "Latsio" azarkeşi həbs olunub, 3 şəxsin isə kimliyinə aydınlıq gəlib. Onların stadiona girişinə qadağa qoyulacağı bildirilir.

Polis hazırda iğtişaş iştirakçılarını müəyyənləşdirmək üçün hadisə yerindən videomaterialları təhlil edir. (report)

AzNews.az