Hindistanda keçirilən ənənəvi “Delhi Open” yarışında tarixi nəticə qeydə alınıb. Hindistanda keçirilən ənənəvi “Delhi Open” yarışında tarixi nəticə qeydə alınıb.
  • Fanat
  • 16 Yanvar 2019 13:04
  •  991

On iki yaşlı hindistanlı şahmatçının böyük uğuru

Hindistanda keçirilən ənənəvi “Delhi Open” yarışında tarixi nəticə qeydə alınıb.

Turnirdə iştirak edən hindistanlı gənc Tamil Nadus D Qukeş yarışın sonuna bir tur qalmış qrossmeyster adını qazanıb. O bu nəticəni 12 yaş 7 ay 17 günlüyündə göstərib. Qukeş bu göstərici ilə dünya şahmat tarixində ikinci ən gənc qrossmeysterdir. Dünyanın ən gənc qrossmeyster adını isə hələ də rusiyalı Sergey Karyakin daşıyır.

Karyakin 12 yaş 7 aylığında qrossmeyster adını qazanıb. Üçüncü yerdə isə ötən ilin sonunda 12 yaş 10 ayında qrossmeyster adını qazanmış özbək Cavohir Sindarov qərarlaşıb.

Qeyd edək ki, hazırki dünya çempionu norveçli Maqnus Karlsen qrossmeyster adına 13 yaş 4 ay 27 günlüyündə sahib olub.(AZƏRTAC)

© AzNews.az