Komandanın digər iki qoluna isə 70-ci və 84-cü dəqiqələrdə Əli Şirinov imza atıb. Komandanın digər iki qoluna isə 70-ci və 84-cü dəqiqələrdə Əli Şirinov imza atıb.
  • Fanat
  • 18 Yanvar 2019 19:33
  •  1 079

"Neftçi" Rumıniya klubunu böyük hesabla məğlub etdi

Komandanın digər iki qoluna isə 70-ci və 84-cü dəqiqələrdə Əli Şirinov imza atıb.

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" komandası ilk yoxlama oyununa çıxıb.

Roberto Bordinin rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Qaz Metan" kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma flaqmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 11-ci dəqiqədə Rəhman Hacıyev vurub. Komandanın digər iki qoluna isə 70-ci və 84-cü dəqiqələrdə Əli Şirinov imza atıb.

Qeyd edək ki, "Neftçi" Antalyada daha 3 oyuna çıxacaq. Paytaxt təmsilçisi yanvarın 20-də İranın "İstiqlal", 23-də Çexiyanın "Slovan” (Liberets), 26-da isə Bolqarıstanın "Beroe" komandası ilə üz-üzə gələcək. (report)

AzNews.az