"Keşlə"nin futbolçuları meydana qollarında qara sarğı ilə çıxıblar. "Keşlə"nin futbolçuları meydana qollarında qara sarğı ilə çıxıblar.
  • Fanat
  • 20 Yanvar 2019 22:58
  •  1 692

"Keşlə" Antalyadakı növbəti yoxlama matçında uduzdu

"Keşlə"nin futbolçuları meydana qollarında qara sarğı ilə çıxıblar.

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” komandası bu gün növbəti yoxlama oyununa çıxıb.

Rəqib Serbiyanın Super Liqa təmsilçisi Vranye “Dinamo”su olub.

"Riu Kaya Belek" otelinin futbol meydanında keçirilmiş görüş "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 2:0.

Oyundan öncə komandalar 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. "Keşlə"nin futbolçuları meydana qollarında qara sarğı ilə çıxıblar.

Qeyd edək ki, “Keşlə” ilk yoxlama görüşündə Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib. Paytaxt təmsilçisi yanvarın 23-də “Atırau” (Qazaxıstan), iki gün sonra isə “Çertanovo” (Rusiya) ilə qüvvəsini sınayacaq.

Yoxlama oyunu

18:30. "Keşlə" - "Dinamo" (Vranye, Serbiya) - 0:2

Riu Kaya Belek otelinin futbol meydanı. (report)

AzNews.az