"Heç olmasa pul qabımı qaytarsınlar". "Heç olmasa pul qabımı qaytarsınlar".
  • Fanat
  • 21 Yanvar 2019 13:57
  •  1 271

UFC döyüşçüsünü yarış zamanı soydular

"Heç olmasa pul qabımı qaytarsınlar".

ММА döyüşçüsü Qreqor Qillespi Nyu-Yorkda keçirilən UFC Fight Night 143 turniri zamanı soyğunçuların hücumuna məruz qalıb.

AzNews.az xəbər verir ki, bu barədə idmançı özü şəxsi İnstagram hesabında məlumat paylaşıb.

Qillespinin sözlərinə görə, turnirin keçirildiyi Barclays mərkəzindən ona və məşqçisinə aid 2 çanta oğurlanıb.

Qillespi yazıb ki, oğrular çantanı və oğurladıqları əşyaları özlərində saxlaya bilər, amma heç olmasa pul qabını qaytarsınlar.

31 yaşlı amerikalı idmançı həmin turnirdə rəqibini 2-ci raundda nokauta uğradıb. Bu, onun MMA qaydalarına görə 13-cü döyüşdə 13-cü qələbədir.

Fəridə Abdulla

AzNews.az