Oyunçunun keçidi yaxın vaxtlardan baş tutacaq. Oyunçunun keçidi yaxın vaxtlardan baş tutacaq.
  • Fanat
  • 24 Yanvar 2019 18:58
  •  1 509

PSJ braziliyalı oyunçu üçün 100 milyon avrodan çox məbləğ ödəyəcək

Oyunçunun keçidi yaxın vaxtlardan baş tutacaq.

Fransanın PSJ klubu İtaliya "Napoli"sinin futbolçusu Allan Markesi heyətinə qatmağa çox yaxındır.

Bu barədə tanınmış italiyalı jurnalist Karlo Alvino şəxsi "Twitter" hesabında məlumat verib.

Onun sözlərinə görə, Paris təmsilçisi 28 yaşlı braziliyalı yarımmüdafiəçi üçün 100 milyon avrodan çox ödəniş edəcək. Oyunçunun keçidi yaxın vaxtlardan baş tutacaq.

Qeyd edək ki, Allan 2015-ci ildə 11.5 milyon avro qarşılığında "Udinese"dən Neapol klubuna keçib. O, bu mövsüm İtaliya A Seriyasında 18 oyunda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb. (report)

AzNews.az