• Fanat
  • 30 Yanvar 2019 09:57
  •  428

Ronaldodan nümunəvi addım - FOTO

Burnunu sındırdığı fanatı ilə görüşdü.

"Yuventus" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo "Kyevo" (0-3) ilə oyunda burnunu sındırdığı fanatı ilə görüşüb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan əvvəl portuqaliyalı futbolçu məşq zamanı güclü zərbə ilə topu azarkeşlərin əyləşdiyi tribunaya yollayıb. Nəticədə top tamaşaçıların arasında əyləşən Yelena di Martinonun üzünə dəyib. Onun eynəyi və burnu sınıb. Stadionun əməkdaşları ona ilkin yardım ediblər.

Oyundan sonra Ronaldo xanımı Turin klubunun bazasına dəvət edib. Onunla şəkil çəkdirib, imzalı futbolka hədiyyə edib.

Fəridə Abdulla

AzNews.az