O, proqramda gələcək oyunlar baradə proqnozlar verəcək. O, proqramda gələcək oyunlar baradə proqnozlar verəcək.
  • Fanat
  • 11 Fevral 2019 15:39
  •  1 982

Mourinyo Rusiya televiziyasında veriliş aparacaq

O, proqramda gələcək oyunlar baradə proqnozlar verəcək.

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Joze Mourinyo televiziyada işləməyə başlayacaq.

56 yaşlı mütəxəssis mart ayından Rusiyanın RT ("Russian Today") telekanalında "Joze Mourinyonun Diqqət mərkəzində" adlı şou aparacaq.

O, həmin proqramda gələcək oyunlar baradə proqnozlar verəcək və Çempionlar Liqasının pley-off qarşılaşmalarına dair ekspert kimi fikirlərini bölüşəcək.

"2018-ci il dünya çempionatını RT-də işıqlandırmaq mənim üçün böyük təcrübə idi. Belə möhtəşəm kollektivlə işləməyə davam edə bildiyim üçün çox xoşbəxtəm".

Qeyd edək ki, bir neçə gün əvvəl Joze Mourinyonun yenidən İtaliyanın "İnter" klubuna rəhbərlik edə biləcəyi yazılıb.(report.az)

© AzNews.az