O, rəqibin qapısına vurduğu bir qolla yadda qalıb. O, rəqibin qapısına vurduğu bir qolla yadda qalıb.
  • Fanat
  • 12 Fevral 2019 14:51
  •  1 587

Bədavi Hüseynov həftənin ən yaxşı futbolçusu seçildi

O, rəqibin qapısına vurduğu bir qolla yadda qalıb.

Fevralın 12-də Azərbaycan Premyer Liqasının XVI turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Peşəkar Futbol Liqasının saytı xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XVI turunun ən yaxşı futbolçusu “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov seçilib. O, “Sumqayıta”a qarşı görüşdə 90 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına vurduğu bir qolla yadda qalıb. Araşdırmalara əsasən, Bədavi Hüseynov turun ən yaxşı indeksə malik futbolçusudur.

Qeyd edək ki, Bədavi Hüseynov XVI turun rəmzi komandasında da yer alıb. Həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

AzNews.az