Məşhur futbolçuya qarşı 2 milyonluq araşdırma aparılır

Hazırda futbolçunun bütün banklarda olan hesabları və köçürmələri yoxlanılır.

Türkiyənin “İstanbul Başakşəhər” klubunun futbolçusu Emre Belözoğlu haqqında FETÖ araşdırması davam edir.

Mətin adlı gizli şahid tanınmış futbolçunun FETÖ üçün banklara 2 milyon türkiyə lirəsi köçürdüyünü bildirib.

Bundan sonra onun haqqında araşdırmalar daha da gücləndirilib. Hazırda futbolçunun bütün banklarda olan hesabları və köçürmələri yoxlanılır.(qafqazinfo.az)

AzNews.az