UEFA son 10 il üçün danışılmış oyunlarla bağlı mühüm cəza tədbirlərinin siyahısını yeniləyib. UEFA son 10 il üçün danışılmış oyunlarla bağlı mühüm cəza tədbirlərinin siyahısını yeniləyib.
  • Fanat
  • 13 Fevral 2019 15:22
  •  2 192

UEFA danışılmış oyunlara görə iki erməni hakimi cəzalandırıb - SİYAHI

UEFA son 10 il üçün danışılmış oyunlarla bağlı mühüm cəza tədbirlərinin siyahısını yeniləyib.

Qurumun rəsmi saytında yer alan cədvəldə 9 klubun və 12 şəxsin adı var. Klublardan 4-ü Türkiyə təmsilçiləridir. Söhbət “Fənərbağça”, “Beşiktaş”, “Eskişehirspor” və “Sivasspor”dan gedir. Qitə futbol qurumu həmçinin “Pobeda” (Makedoniya), “Olimpiakos” (Yunanıstan), “Siqma” (Çexiya), “Metallist” (Ukrayna) və “Skenderbeu”nu (Albaniya) anoloji səbəbdən cəzalandırıb.

Danışılmış oyunlara görə diskvalifikasiya məruz qalan şəxslərdən 6-sı futbolçu, 3-ü referi, 2-si yan xətt hakimi, 1-i isə futbol məktəbinin əməkdaşıdır. Onların arasında ömürlük diskvalifikasiya ilə üzləşən iki nəfər Ermənistan hakimi də var.

Referi Andranik Arsenyan və köməkçisi Ovannes Avaqyan 2013/2014 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “İnter” (Finlandiya) – “Vikinqur” (Farer adaları) oyununda 2 absurd penalti təyin etməklə diqqət mərkəzinə düşüblər. Qonaqların futbolçusu Hanus Yakobsen 78-ci dəqiqədə penaltini dəqiq yerinə yetirsə də, meydan sahiblərindən Pim Bouman 80-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

İlk görüşdə qolsuz heç-heçə qeydə alındığından “Vikinqur” səfər qələbəsi sayəsində növbəti mərhələyə adlayıb. Aparılan araşdırmalardan sonra erməni hakimlərin oyuna pul qoyuluşu etdikəri müəyyənləşib və hər ikisi günahını boynuna alıb.

İş Qərar İl
“Pobeda”, Makedoniya Klub: UEFA yarışlarından 8 illik kənarlaşdırma
Klub prezidenti: Ömürlük diskvalifikasiya
2009
Tomislav Şetka, xorvatiyalı yan xətt hakimi 1,5 illik diskvalifikasiya 2010
Novo Paniç, bosniya və herseqovinalı referi Ömürlük diskvalifikasiya 2010
Oleq Orexov, ukraynalı referi Ömürlük diskvalifikasiya 2010
Vukaşin Poleksiç, monteneqrolu sabiq qapıçı 1,5 illik diskvalifikasiya 2010
“Olimpiakos”, Yunanıstan UEFA yarışlarından 1 illik kənarlaşdırma 2011
“Siqma”, Çexiya UEFA yarışlarından 1 illik kənarlaşdırma 2012
Kevin Sammut, maltalı sabiq futbolçu Ömürlük diskvalifikasiya 2012
“Fənərbağça”, Türkiyə UEFA yarışlarından 2 illik kənarlaşdırma 2013
“Beşiktaş”, Türkiyə UEFA yarışlarından 1 illik kənarlaşdırma 2013
“Metallist”, Ukrayna UEFA yarışlarından 1 illik kənarlaşdırma 2013
Vasile Munqiu, Moldovanın “Aneniy-Noy” futbol məktəbinin əməkdaşı Ömürlük diskvalifikasiya 2013
Andranik Arsenyan və Ovannes Avaqyan, ermənistanlı referi və yan xəttə hakimi Hər ikisi ömürlük diskvalifikasiya 2013
“Eskişehirspor”, Türkiyə UEFA yarışlarından 1 illik kənarlaşdırma 2014
“Sivasspor”, Türkiyə UEFA yarışlarından 1 illik kənarlaşdırma 2014
“Skenderbeu”, Albaniya UEFA yarışlarından 1 illik kənarlaşdırma 2016
Lyük Montebello, maltalı futbolçu 1 illik diskvalifikasiya 2018
Rayan Kamendzuli, maltalı futbolçu 1,5 illik diskvalifikasiya 2018
Llueuelin Kremona, maltalı futbolçu 1 illik diskvalifikasiya 2018
Samir Arab, maltalı futbolçu 1,5 illik diskvalifikasiya 2018

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi apellyasiya verilən işlərdən yalnız birində UEFA-nın qərarını dəyişib. Kevin Sammut Ömürlük diskvalifikasiyası 10 illik cəza ilə əvəzlənib.(report.az)

AzNews.az