Bu, Avropada 20 yaşadək atletlər arasında yeni rekorddur. Bu, Avropada 20 yaşadək atletlər arasında yeni rekorddur.
  • Fanat
  • 14 Fevral 2019 14:34
  •  1 691

Norveçli atlet Avropa rekordunu yenilədi

Bu, Avropada 20 yaşadək atletlər arasında yeni rekorddur.

Norveçli atlet Yakob İnqebriqtsen 1500 metr məsafəyə qaçış yarışında yeni rekord müəyyənləşdirib.

Azərbaycan Atletika Federasiyasının saytı xəbər verir ki, 18 yaşlı atlet Cənubi Afrikada Respublikasındakı dörd aylıq məşq prosesindən sonra qatıldığı “Nordenkampen” yarışında 1500 metr məsafəni 3 dəqiqə 36 saniyəyə qət edərək maksimum xal toplayıb. Bu, Avropada 20 yaşadək atletlər arasında yeni rekorddur. O, həmçinin böyük qardaşı Henrik İnqebriqtsenə məxsus olan Norveç qış rekordunu (3 dəqiqə 39 saniyə) da yeniləyib.

Yakob İnqebriqtsen ötən il Berlində keçirilən atletika üzrə Avropa çempionatında 1500 və 5000 metr məsafələrə qaçış yarışlarının qalibi olub.(AZƏRTAC)

AzNews.az