Bu barədə Dmitri Peskov açıqlama verib. Bu barədə Dmitri Peskov açıqlama verib.
  • Fanat
  • 14 Fevral 2019 16:02
  •  1 875

Putin tatamiyə çıxacaq - Peskov

Bu barədə Dmitri Peskov açıqlama verib.

Rusiya prezidenti Vladimir Putin fevralın 14-də Rusiyanın cüdo yığması ilə birgə tatamiyə çıxmağı planlaşdırır.

“Lenta.ru”nun məlumatına görə, bu barədə rusiyalı dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“O, (Putin - red.) uzun müddətdir ki, onlarla məşq etmir”, - deyə D.Peskov bildirib.

Qeyd edək ki, V.Putin 11 ildir ki, əlbəyaxa döyüş növləri, o cümlədən, cüdo və sambo ilə məşğul olur. İdman ustası dərəcələri var. 2006-cı ildə Avropa Cüdo İttifaqının fəxri prezidenti olub. 2010-cu ildə isə Yönin Cənubi Koreya Universitetində “cüdo sahəsinin doktoru” diplomunu alıb. Bundan başqa, karate üzrə qara kəmərə sahibdir.

Rusiyalı lider asudə vaxtlarında hokkey və xizəkçiliklə məşğul olur.(oxu.az)

AzNews.az