Joze Morinyo 2018-ci il dekabrın 18-də "Mançester Yunayted"dəki baş məşqçi postundan ayrılıb. Joze Morinyo 2018-ci il dekabrın 18-də "Mançester Yunayted"dəki baş məşqçi postundan ayrılıb.
  • Fanat
  • 14 Fevral 2019 18:48
  •  1 734

"Mançester Yunayted"in Joze Mourinyoya ödədiyi təzminat məlum oldu

Joze Morinyo 2018-ci il dekabrın 18-də "Mançester Yunayted"dəki baş məşqçi postundan ayrılıb.

İngiltərənin "Mançester Yunayted" klubunun komandanın sabiq baş məşqçisi Joze Mourinyoya ödədiyi təzminat məlum olub.

İngiltərə təmsilçisi 56 yaşlı mütəxəssis və onun köməkçilərinə 19.6 milyon funt sterlinq (22.3 milyon avro) ödəyib.

Qeyd edək ki, Joze Morinyo 2018-ci il dekabrın 18-də "Mançester Yunayted"dəki baş məşqçi postundan ayrılıb. Portuqaliyalı məşqçi 2.5 il ərzində "qırmızı şeytanlar"a rəhbərlik edib. O, bu müddətdə İngiltərə Liqa Kuboku, Avropa Liqası və İngiltərə Super Kubokunun sahibi olub. (report)

AzNews.az