"Hazırda bir-iki hücumçu ilə danışıq gedir" "Hazırda bir-iki hücumçu ilə danışıq gedir"
  • Fanat
  • 17 Fevral 2019 19:15
  •  1 442

"Sabah"ın baş məşqçisi: "Rəqib ikinci hissədə bizdən yaxşı oynadı"

"Hazırda bir-iki hücumçu ilə danışıq gedir"

"Birinci hissədə yaxşı imkanlar əldə etdik, amma epizodlardan istifadə edə bilmədik. İkinci yarıda isə rəqib boşluq tapdı və bundan yararlandı. Onlar ikinci hissədə bizdən yaxşı oynadılar. Biz qol vəziyyəti yarada bilmədik. Heyətlə bağlı, konkret hücumçu problemimiz var. O hissədə Cavidi oynadırdıq, amma ona top çatmırdı”.

Bunu “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Səbail”ə 0:1 hesabı ilə uduzduqları sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bəzi futbolçuların çıxışından razı qalmadığını da vurğulayıb: “Təmkin Xəlilzadə “Zirə” ilə matçda daha yaxşı oynamışdı. Çoşqun Diniyev isə çalışır, amma hələ ki, həmin Coşqun deyil. Cavidi bu gün öz mövqeyində oynatmırdıq. Deviçin yoxluğu hiss olundu. Hazırda bir-iki hücumçu ilə danışıq gedir. Azad agent statusunda olan futbolçulardır, alınsa, transfer edəcəyik”. (report)

AzNews.az