Elçin Əsədovun son klubu “Baku Cycling Project” kontinental komandası olub. Elçin Əsədovun son klubu “Baku Cycling Project” kontinental komandası olub.
  • Fanat
  • 18 Fevral 2019 22:13
  •  1 201

Azərbaycanın iki velosipedçisi xarici kluba keçdi

Elçin Əsədovun son klubu “Baku Cycling Project” kontinental komandası olub.

Ölkəmizin şose velosipedi üzrə elit milli komandasının üzvü Elçin Əsədov və U-23 yığmamızın velosipedçisi Mahmud Məmmədov Ukraynanın “Lvov” kontinental komandası ilə müqavilə imzalayıb.

Adları çəkilən idmançılarımız ilin sonunadək bu komandanın heyətində beynəlxalq yarışlarda iştirak edəcəklər.

Dəfələrlə Azərbaycan çempionatlarının qalib və mükafatçısı olmuş elit yığmamızın lider idmançısı Elçin Əsədovun son klubu “Baku Cycling Project” kontinental komandası olub.

Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliklərinin qalib və mükafatçısı adını qazanmış perspektivli idmançımız Mahmud Məmmədov isə, ötən il 18 yaşının tamam olması ilə əlaqədar bu ildən etibarən U-23 yaş qrupuna keçib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, velosipedçilər 18 yaşları tamam olduqdan sonra peşəkar klublarla müqaviləyə imza ata bilərlər.

“Lvov” klubunun heyətində çıxış edəcək idmançılarımızı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən kifayət qədər nüfuzlu yarış gözləyir. (oxu.az)

AzNews.az