Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.
  • Fanat
  • 19 Fevral 2019 18:24
  •  1 007

AFFA İntizam Komitəsi "Səbail"i cərimələdi

Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.

AFFA İntizam Komitəsi "Səbail" klubunu 2400 manat məbləğində cərimələyib.

Buna səbəb Azərbaycan Premyer Liqasının XVII turunda keçirilmiş "Sabah"la ev matçının klubun səhlənkarlığına görə gec başlamasıdır.

Görüşün birinci hissəsi 3, ikinci yarısı isə 9 dəqiqə gec start götürüb. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.

Qeyd edək ki, qarşılaşma "Səbail"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. (report)

AzNews.az