Soyğunçuların evdən pul və zinət əşyaları apardıqları bildirilib. Soyğunçuların evdən pul və zinət əşyaları apardıqları bildirilib.
  • Fanat
  • 19 Fevral 2019 20:22
  •  1 250

"Bavariya"nın sabiq futbolçusunun evi qarət olundu

Soyğunçuların evdən pul və zinət əşyaları apardıqları bildirilib.

Argentina milli komandasının və Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Martin Demiçelis qarət olunub.

Hadisə 39 yaşlı sabiq müdafiəçinin İspaniyanın Marbelya şəhərindəki evində baş verib. Evdə Demiçelislə birlikdə onun həyat yoldaşı və üç uşağı olub.

Polis hadisə ilə bağlı araşdırma aparır. Soyğunçuların evdən pul və zinət əşyaları apardıqları bildirilib.

Qeyd edək ki, Martin Demiçelis karyerası ərzində İngiltərənin "Mançester Siti", İspaniyanın "Malaqa" və "Espanyol" komandalarında da çıxış edib. O, 51 dəfə Argentina millisinin də formasını geyinib. (report)

AzNews.az