Həmin qılınclar zərbə zamanı səciyyəvi səslər çıxarmaqla yanaşı, işıq saçacaq. Həmin qılınclar zərbə zamanı səciyyəvi səslər çıxarmaqla yanaşı, işıq saçacaq.
  • Fanat
  • 20 Fevral 2019 18:20
  •  1 716

Fransada işıqlı qılınclarla döyüş rəsmi idman növü kimi qəbul olundu

Həmin qılınclar zərbə zamanı səciyyəvi səslər çıxarmaqla yanaşı, işıq saçacaq.

Fransada işıqlı qılınclarla döyüş rəsmi idman növü kimi qəbul olunub.

Fransa Qılıncoynatma Federasiyası işıqlı qılınclarla döyüş növünün ciddi fiziki hazırlıq tələb etdiyi üçün bu qərarı qəbul edib.

Hazırda ölkənin qılıncoynatma klubları xüsusi təlimatçılar və polikarbonatdan hazırlanan qılınclarla təchiz olunub. Həmin qılınclar zərbə zamanı səciyyəvi səslər çıxarmaqla yanaşı, işıq saçacaq.

Qeyd edək ki, idman növünün qaydalarına əsasən, döyüşçülər dairənin içində vuruşur. Başa və ya bədənə zərbə endirmək 5 xal, əllərə və ya ayağa zərbə üçün 3 xal verildiyi halda, biləyə endirilən zərbə 1 xalla qiymətləndirilir. 15 xal toplayan, həmçinin 3 dəqiqədən sonra hesabda öndə olan idmançı qalib olur. Əgər hər iki döyüşçünün 10 xalı varsa, başa və ya bədənə vurulacaq bir zərbə qalibi müəyyənləşdirir. (report)

AzNews.az