Avropa çempionatı 3 gün davam edəcək. Avropa çempionatı 3 gün davam edəcək.
  • Fanat
  • 22 Fevral 2019 18:09
  •  951

Avropa çempionatında iştirak edəcək Azərbaycan atletlərinin adları açıqlandı

Avropa çempionatı 3 gün davam edəcək.

Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək atletika üzrə qış Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, martın 1-də start götürəcək yarışa 2 idmançı yollanacaq. Nazim Babayev 3 təkanla tullanma, Zəkiyyə Həsənova isə 60 metr məsafəyə qaçış növlərində mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı 3 gün davam edəcək.

AzNews.az