Oyun zamanı da azarkeşlər arasında iğtişaşlar baş verib və onlar bir-birilərinə pirotexniki vasitələr atıblar. Oyun zamanı da azarkeşlər arasında iğtişaşlar baş verib və onlar bir-birilərinə pirotexniki vasitələr atıblar.
  • Fanat
  • 22 Fevral 2019 18:32
  •  1 240

UEFA Yunanıstan klubuna şərti cəza verdi

Oyun zamanı da azarkeşlər arasında iğtişaşlar baş verib və onlar bir-birilərinə pirotexniki vasitələr atıblar.

UEFA İntizam Komitəsi Yunanıstanın AEK klubuna avrokuboklardan kənarlaşdırmaq barədə şərti cəza tətbiq edib.

Qurum Afina təmsilçisinə bunun üçün iki illik sınaq müddəti verib.

Klub azarkeşləri Çempionlar Liqasının qrup mərhələsində Hollandiya "Ayaks"ı ilə ev matçında qonaq komandanın fanatlarına hücumlar edib. Oyun zamanı da azarkeşlər arasında iğtişaşlar baş verib və onlar bir-birilərinə pirotexniki vasitələr atıblar. Bu cür hallar təkrarlanacağı təqdirdə AEK bir mövsümlük avrokuboklardan kənarlaşdırılacaq.

Yunanıstan klubu iki avrokubok oyununu boş tribunalar önündə oynamaqla yanaşı, 80 min avro məbləğində də cərimələnib.

Qeyd edək ki, qarşılaşma "Ayaks"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. (report)

AzNews.az