“Real” Militaonu transfer etdi

İspaniyanın “Real” klubu yeni futbolçu transfer edib.

Madrid təmsilçisi Portuqaliyanın “Portu” klubunun müdafiəçisi Eder Militaonu heyətinə qatdığını açıqlayıb.

21 yaşlı futbolçu cari mövsüm başa çatdıqdan sonra yeni komandasına qoşulacaq. Militao ilə bağlanan 6 illik müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Eder “Portu”ya ötən yay Braziliyanın “San-Paulu” klubundan keçib. Futbolçunun transfer qiyməti 45 milyon avro təşkil edib.(ona.az)

AzNews.az