Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün sonuncu püşkatması keçirilib.

UEFA-nın İsveçrənin Nyon şəhərində baş tutan mənzil-qərargahında 1/4 final və yarımfinal mərhələlərinin, həmçinin final oyununun püşkü atılıb.

Öncə qitənin ən nüfuzlu klub turnirində 1/8 final səddini adlayan komandalar 4 cütlük təşkil edib. Ardınca qalibləri yarımfinalda üz-üzə gələcək cütlər bilinib.

İyunun 1-də İspaniya paytaxtı Madriddəki “Metropolitano” stadionunda baş tutacaq final matçının nominal meydan sahibi də bəlli olub.

Çempionlar Liqası
1/4 final

1. “Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)
2. “Liverpul” (İngiltərə) - “Portu” (Portuqaliya)
3. “Tottenhem” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)
4. “Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

1/2 final
1. 3-cü cütün qalibi – 1-ci cütün qalibi
2. 4-cü cütün qalibi – 2-ci cütün qalibi

Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

Qeyd edək ki, 1/4 final oyunları aprelin 9-10 və 16-17-də, yarımfinal mərhələsi 30 aprel – 1 may və 7-8 mayda keçiriləcək. Final matçı isə iyunun 1-də baş tutacaq.(ona.az)

AzNews.az