“Bu qələbə ona və onun Formula 1 üçün etdiyi işlərə görədir”. “Bu qələbə ona və onun Formula 1 üçün etdiyi işlərə görədir”.
  • Fanat
  • 19 Mart 2019 15:30
  •  1 826

Məşhur pilot qələbəsini ona həsr etdi – FOTO

“Bu qələbə ona və onun Formula 1 üçün etdiyi işlərə görədir”.

“Mercedes” pilotu Valtteri Bottas Avstraliya Qran Prisindəki qələbəsini Formula 1-in dünyasını dəyişmiş yarış direktoru Çarli Uaytinqə həsr edib.

“Mən sadəcə bir daha Çarliyə təşəkkür etmək istədim. Bu qələbə ona və onun Formula 1 üçün etdiyi işlərə görədir. Onun etdikləri bizim üçün çox böyük anlam daşıyır”. Finlandiyalı pilot belə deyib.

Xatırladaq ki, Çarli Uayting yeni mövsümün başlanmasına bir neçə gün qalmış Melbrunda 66 yaşında ağciyər emboliyasından dünyasını dəyişib. O, 1977-ci ildə F1-də “Hesketh Racing”də çalışmağa başlayıb. Bir neçə il sonra Berni Ekklstonun “Brabham” komandasında əsas mühəndisə çevrilir və Nelson Pikenin qələbələrində əsas pay sahibi olub.

1997-ci ildən FİA-da yarış direktoru və yarış təhlükəsizliyi üzrə direktor vəzifəsini yerinə yetirib.

Fəridə Abdulla

AzNews.az

image description