Messinin qasıq nahiyəsində ağrılar hiss etdiyi bildirilib. Messinin qasıq nahiyəsində ağrılar hiss etdiyi bildirilib.
  • Fanat
  • 23 Mart 2019 12:00
  •  1 332

Messi milliyə qayıtdıqdan sonra zədələnib

Messinin qasıq nahiyəsində ağrılar hiss etdiyi bildirilib.

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisinin düşərgəsində zədələnib.

Bu barədə yığma komandanın rəsmi "Twitter" hesabı məlumat yayıb.

32 yaşlı hücumçu Mərakeş yığmasına qarşı yoldaşlıq oyununda iştirak etməyəcək.

Messinin qasıq nahiyəsində ağrılar hiss etdiyi bildirilib.

Həmçinin komandanın digər oyunçusu Qonsalo Martines də zədə səbəbindən növbəti görüşü buraxacaq.

Qeyd edək ki, Argentina yoldaşlıq oyununda Venesuelaya 1:3 hesabı ilə uduzub. Lionel Messi həmin görüşdə sona qədər iştirak edib. Bu, ulduz futbolçunun 2018-ci il dünya çempionatından sonra yığmada ilk matçı olub.(report.az)

AzNews.az